Bakıda gecə klubunda olay
Bakıda gecə klubunda narkotik xassəli həb qəbul edən şəxsin vəziyyəti ağırlaşıb.
Şəhərin mərkəzində yerləşən “Troya” gecə klubundan 1995-ci il təvəllüdlü Abdinov Abdul Etibar oğlu zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
İlkin araşdırmadan sonra 20 yaşlı oğlanın gecə klubunda narkotik tərkibli 5 ədəd həb qəbul etdiyi məlum olub.
Mənbə:> Lent.az