Bakıda toyda musiqi sifarişinə görə qan düşdü
Bakının Xətai rayonunda toyda qanlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Məhəmməd Hadı küçəsində yerləşən şadlıq evlərindən birində baş verib. Şadlıq evində keçirilən toyda olan qonaqlar arasında musiqi sifarişinə görə mübahisə düşüb. Mübahisə edənlər çölə çıxan zaman qonaqlardan biri üzərində gəzdirdiyi bıçaqla 49 yaşlı Musa Xudafirimov və 48 yaşlı İlqar Tağıyevə xəsarətlər yetirib.
Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Hər iki yaralı dərhal əməliyyat olunublar.
Şadlıq evinin inzibatçısı isə sarayda bıçaqlanma hadisəsinin baş vermədiyini bildirib.
Hadisə barədə 34-cü polis bölməsinə məlumat verilib. Bıçaqlanma hadisəsinin şadlıq sarayının dəhlizində baş verdiyi bildirilir. Artıq sarayda olan nəzarət kameralarının görüntüləri də götürülüb. Faktla əlaqədar Xətai rayon polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.
Mənbə:> ANSPRESS