BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi - FOTO » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi - FOTO

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakıda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero-İo" markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərnişin, 1997-ci il təvəllüdlü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Avtosfer.az xəbər verir ki, qəzada həlak olan Kamran Babazadə Bakı Dövlət Universitetinin tələbəsi olub. O, bu il yüksək balla ali məktəbə qəbul olunubmuş. Avtomobili isə ona hədiyyə olaraq alıblar.

Mərhumun atası Alim Babayev facebook profilində qəza ilə bağlı status paylaşıb. Övlad acısından sarsılan atanın dərdinə şərik çıxır, ona başsağlığı veririk. Allah rəhmət eləsin!
BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi - FOTO

BDU-ya yüksək balla qəbul olan gənc ağır qəzada vəfat etdi - FOTO

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *