ABŞ-da jurnalistləri güllələyən qatil danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

ABŞ-da jurnalistləri güllələyən qatil danışdı

ABŞ-da jurnalistləri güllələyən qatil danışdı


Virciniya ştatında WDBJ7 telekanalının iki jurnalistinin qətlində şübhəli bilinən, onların sabiq həmkarları 41 yaşlı Vester Li Flenaqan ABC News redaksiyasına əməlinin motivlərini açıqladığı məktub göndərib.

Telekanal bildirib ki, jurnalistlərin güllələnməsindən sonra redaksiyaya “Brays Uilyams” imzası ilə faks gəlib.

WDBJ7-də işləyən zaman Flenaqan məhz bu təxəllüsdən istifadə edirdi.

Məktubun müəllifi bəyan edib ki, onun əməli Çarlstonda qaradərililər üçün kilsədə qətlin cavabı idi. İyun ayının 17-də 21 yaşlı irqçi ağdərili Dilann Ruf məbədə girərək atəş açıb. Nəticədə altı qadın və üç kişi həlak olub. Şahidlərin sözlərinə görə, atəş açan: “Mən bunu etməliyəm. Siz bizim qadınları zorlayır, ölkəmizi əlimizdən alırsınız. Və siz ölməlisiniz”, deyib.

Bundan başqa, məktubun müəllifi 2007-ci ilin aprelində Virciniya texniki institutunda 32 tələbəni güllələyən cənubi koreyalı tələbə Ço Sın Xi və 1999-cu ildə “Kolumbayn” məktəbində 13 nəfəri öldürən yeniyetmələr ilə qürur duyduğunu ifadə edib.

Flenaqan eləcə də irqi diskriminasiyadan, seksual zorakılıqdan, işdə bezdirmələrdən, qaradərili kişilərin və ağdərili qadınların hücumlarından şikayətlənib. Onun sözlərinə görə, o, gey və qaradərili olduğu üçün hamı onu ələ salırdı.

“Bir müddət mən partlamağa hazır barıt çəlləyi kimi idim”, - ABC News faksdan sitat gətirib, telekanal məktubu hüquq-mühafizə orqanlarına təqdim edib.

Qətlə yetirilən həmkarları ilə Flenaqanın öz haqq-hesabı var idi. Qətldən sonra qatilin yazdığı Twitter statuslarında 24 yaşlı Elison Parkerin “irqçi şərhlərlə çıxış etdiyini”, şübhəli şəxsin bircə dəfə əməkdaşlıq etdiyi Adam Uordun isə ondan kadrlar şöbəsinə şikayət etdiyini (şikayətin səbəbi dəqiqləşdirilmir) yazıb.

Daha öncə Flenaqanın karyerasının son illərdə uğursuz olduğu bildirilmişdi. Əsasən Floridanın WTWC telekanalından işdən azad edildikdən sonra o, irqi əsasda təhqir olunduğuna dair iddia irəli sürmüşdü.

Cinayət çərşənbə günü səhər törədilib. Atıcı CBS telekanalının yerli filialı WDBJ7-nin 24 yaşlı qadın jurnalisti və 27 yaşlı videooperatorunu canlı yayım zamanı qətlə yetirib. Aparıcı həmin zaman öz həmsöhbətinə yerli biznes haqqında sual verirdi.

Bir müddət sonra Flenaqanın polis təqibindən sonra özünə atəş açdığı bildirilib. Jurnalist ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dünyasını dəyişib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *