Bakıda 16 yaşlı oğlanı zorladılar
Sabunçu rayonunda 16 yaşlı oğlan zorakılıqla üzləşib.
AzNews.info Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü O. İ. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək zorlandığını bildirib.
O qeyd edib ki, Rəhbər adlı şəxs mütəmadi olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Polis apardığı araşdırma zamanı müəyyən edib ki, O. İ. ilə qeyri-təbii yolla cinsi əlaqədə olan Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Qaşqay Dədəbəy oğlu Ağayevdir. Qaşqay Ağayev Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda kirayədə yaşayırmış.
Qaşqay Ağayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Mənbə:> Teleqraf.com