“Azadlıq Heykəli”ndə yalandan bomba qoyulması xəbəri verən şəxs tutuldu
ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları aprel ayında Nyu-Yorkda Azadlıq Heykəlinə bomba qoyulması haqda yalan məlumat verən Texas sakinini həbs edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin 24-də polisə ölkənin ən məşhur simvollarından birinin partladılacağı barədə anonim zəng daxil olub.
Zəngdən dərhal sonra Azadlıq Heykəlini görməyə gələn 3,2 min turist təxliyyə edilib.
Nyu-Yorkun Manxetten rayonunun prokuroru Prit Bxararanın sözlərinə görə, anonim zəngi 42 yaşlı Texas sakini Ceyson Pol Smit edib.
Hal-hazırda o, qəsdən yalan məlumat yaymaq maddəsi ilə istintaqa cəlb edilib. Sabah Ceysonun ilk məhkəməsi keçiriləcək.
Mənbə:> Oxu.Az