Bakıda təcili yardım maşını aşdı – FOTO
Bakıda təcili tibbi yardım maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza bu gün günorta saatlarında, paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində svetoforun qırmızı işığında yolu keçən nəqliyyat vasitəsinin sürücüsü qarşı tərəfdən gələn avtomobillə toqquşmadan qaçmaq üçün sükanı qəfil çevirib və maşını aşırıb.
Qəza nəticəsində ölən və xəsarət alan şəxslərin olmadığı bildirilir.
Təcili yardım maşınının üzərindəki yazıdan onun “Turk Amerikan Medical Center”ə məxsus olduğu görünür.
Mənbə:> Oxu.Az