Prezident Müəllimlər İnstitutunun filiallarını ləğv etdi
Azərbaycan prezidenti İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Mənbə:> Oxu.Az