Texniki Universitetinin 14 kafedrası ləğv edildi
Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək.
AzNews.info "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib.
O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir:
"Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir".
Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub:
"Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq".
Mənbə:> Report.az