İncəlmək istəyənlər üçün darçınlı içkilər » AzNews.info -Xəbər portalı

İncəlmək istəyənlər üçün darçınlı içkilər

İncəlmək istəyənlər üçün darçınlı içkilər


Darçının insan orqanizmi üçün o qədər faydası var ki, saymaqla qurtarmaq olmaz. Faydalı xüsusiyyətlərindən biri də odur ki, darçın piylərin düşmənidir. O, həzmi yaxşılaşdırır, qanda şəkərin miqdarının normada saxlanmasına kömək edir və maddələr mübadiləsinin sürətləndirir.

Darçınlı içkilər:

Yarım çay qaşığı darçının üzərinə qaynar su əlavə edib yarım saat dəmləyin. Bir qədər soyuduqdan sonra bir çay qaşığı bal əlavə edib səhər və axşam acqarnına qəbul edin.

Yaşıl və ya qara çayı adi şəkildə dəmlədikdən sonra üzərinə yarım çay qaşığı darçın və bir çimdik imbir əlavə edin.

Yağsız kefirin üzərinə yarım çay qaşığı darçın, o qədər də imbir və bir qədər qırmızı bibər əlavə edin, gündə bir neçə dəfə yeməkdən əvvəl qəbul edin.

Südlü kofe sevənlər isə bu reseptlə dadlı və faydalı içki hazırlaya bilərlər. 100 ml südə yarım çay qaşığı kofe, 1 çay qaşığı kakao və eyni qədər darçın əlavə edib qarışdırın. Bir qədər bal da əlavə edə bilərsiniz.

Mənbə: Womheg.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *