Bir tərəfdə sərt istilər, digər tərəfdə qasırğa » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bir tərəfdə sərt istilər, digər tərəfdə qasırğa

Bir tərəfdə sərt istilər, digər tərəfdə qasırğa


Avropada yay mövsümi qitənin bir tərəfində sərt istilər, digər tərəfində qasırğa ilə müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, İspaniyanın cənub regionunda tempratur 40 dərəcəni keçib. Əsasən, Valensiya şəhərində insanlar bürkülü hava şəraitindən əziyyət çəkirlər. Vəziyyətdən çıxış yolu kimi isə, çimərliyə üz tutanların sayı minlərlədir. İnsanlar müxtəlif vasitələrlə sərinləməyə çalışırlar.

Rəsmilər günvurma hallarına qarşı insanlara xəbərdarlıq edib, əsasən, yaşlı insanların günorta saatlarında çölə çıxmamasını məsələhət görüblər.

Mərkəzi Avropa regionu isə, güclü küləklərdən əziyyət çəkir. Polşada müşahidə olunan qasırğa çoxsaylı dağıntılara səbəb olub. Qasırğa ölkənin cənub şəhərlərində 400-dən çox binaya ziyan vurub. Yüzlərlə evin damı uçub. Şiddətli küləklər elektrik şəbəkələrini sıradan çıxarıb. Meteoroloqlar pis hava şəraitinin bu gün də davam edəcəyini proqnozlaşdırıblar.

Okeanın o tayında da isə, aramsız yağan yağışlar daşqınlara səbəb olub. Amerika Birləşmiş Ştatlarının Florida ştatında daşqın suları onlara evə ziyan vurub. Yollarda yığılıb qalan su nəqliyyatın hərəkətinə mane olub. Əsasən, Tampa şəhəri sakinləri daşqınlardan əziyyət çəkib.

Pakistanda isə daşqınlar 24 nəfərin ölümünə səbəb olub. Peşəvər şəhərində dağıntılar törədib. Yüzlərlə evi su basıb. Şəhərin bir neçə bölgəsi mərkəzdən təcrid olunub. Hökumət suların əsarətində qalan insanların xilas olunması üçün təbii fəlakət bölgəsində hərbiçilər göndərib. Daşqınlar, eyni zamanda, yollarda körpüləri və elektrik şəbəkələrini dağıdıb.

Pakistanda son bir həftə ərzində daşqınlar nəticəsində ölən insanların sayı 42 nəfərə çatıb.

Bir tərəfdə sərt istilər, digər tərəfdə qasırğa

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *