Dəhşətli istilər 450 can aldı – VİDEO+FOTO
Pakistanda şiddətli istilərdən ölənlərin sayı 450 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə əsasən, Kəraçi şəhərində insanlar yüksək tempraturdan əziyyət çəkirlər. Meteoroloqlar şəhərdə tempraturun 45 dərəcəyə çatdığını bildirib və insanlara daha çox maye qəbul etməyi məsləhət görüblər. İnsanların əksəriyyəti günvurmadan dünyasını dəyişib.
Bir qədər əvvəl ölkənin cənub regionunda elektrik şəbəkələrinin sıradan çıxması ilə əlaqədar soyuducu sistemlərin çalışmasında da problemlər yaranıb. Bu isə, insanların istilərlə mübarizə imkanlarını daha da məhdudlaşdırıb.
Yerli xəstəxanalardan birində çəkilən görüntülərdə günvurma ilə palatalara yerləşdirilən insanların dayanamdan artdığını müşahidə etmək mümkün olub. Həkimlər istilərin yaşlı və xəstə insanlara daha çox təsir etdiyini bildiriblər. İstilərin mövsümi yağışlar yağanadək davam edəcəyi proqnozlaşdırılır.
Mənbə:> ANSPRESS