Bakıda və Abşeronda civə həyəcanı
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınıb və nəticədə daxilindəki civə ətrafa dağılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Digər anoloji hadisə isə Abşeron rayonunda baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, mənzildə termometr sınıb və daxilindəki civə ətrafa dağılıb. Burada da maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Mənbə:> Oxu.Az