Pişiyi piar-menecer təyin etdilər
“Boss” ləqəbli rumın pişiyi yerli Catbox hədiyyələr internet-mağazasında kommunikasiya üzrə menecer vəzifəsinə təyin edilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, skottiş-fold cinsindən olan pişik, mağazanın sosial şəbəkələrdəki səhifələrində əməkdaşların dərc etdikləri müxtəlif fotomemlərin qəhrəmanına çevrilir.
Şəkillərdə Boss işgüzar kostyumdadır.
Bossun maaşı 216 dollardır, bu məbləğin dörddə biri pişik yeməyi ilə ödəniləcək, qalan pullar isə sahibinə çatacaq.
Boss bu vəzifə üçün müraciət edən digər 700 nəfərdən önə keçməyə müvəffəq olub.
Marketoloqlar məmulatların satılması üçün ilk dəfə deyil ki, pişikdən istifadə edirlər. 2014-cü ildə Pizza Hut pitzeriya şəbəkəsi yeni reklam kampaniyası üçün uniforma geyinmiş pişikləri videoçarxa çəkmişdilər. Müəlliflərin fikrinə görə, bu, özünə istehza idi, belə ki, pişiklər donmuş, laqeyd və əsəbi olan yay tətillərində qazanc üçün işə düzələn yeniyetmə satıcıları xatırladırdılar.
Mənbə:> Oxu.Az