Moskvada “narıncı” həyəcan siqnalı elan edilib
Rusiyanın paytaxtı Moskva şəhərində iyulun 20-də havanın pisləşməsi səbəbindən “narıncı” həyəcan siqnalı elan edilib, Oxu.Az TASS-a istinadən xəbər verir.
“Hava təhlükəlidir: təbii fəlakətlərin baş verməsi ehtimalı var”, - Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilir.
Şəhərin bütün kommunal xidmətləri bu barədə məlumatlandırılıb.
Mənbə:> Oxu.Az