47 gün əvvəl yoxa çıxan poçt müdiri meşədən tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

47 gün əvvəl yoxa çıxan poçt müdiri meşədən tapıldı

47 gün əvvəl yoxa çıxan poçt müdiri meşədən tapıldı

İyunun 1-də evdən çıxan və bir daha geri qayıtmayan Salyan rayonu, II Varlı kənd poçt şöbəsinin müdiri Əyyub Cəfərov tapılıb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Əyyub Cəfərov bu gün Siyəzən rayonunun Qalaltı kəndi yaxınlığındakı meşədə anlaqsız vəziyyətdə tapılaraq ailəsinə təhvil verilib.

Əyyub Cəfərovu itkin düşmüş sayıldığı 47 gün ərzində saqqal basıb. O, psixi xəstəyə çevrildiyindən başına gələnlər barədə sualları cavablandıra bilməyib. 53 yaşlı Ə.Cəfərovun axtarışları ilə yaxınları ilə yanaşı Salyan polisi də məşğul olurdu.

Virtualaz.org saytı bu haqda hələ ötən ay da məlumat vermişdi. Kənd sakinləri saytımızın Şirvan bürosunun müxbiri ilə söhbətlərində Əyyub Cəfərovu sakit təbiətli bir adam kimi tanıdıqlarını, onun uzun müddət kənd icra nümayəndəliyində mühasib işlədiyini demişdilər.

Kənd sakinlərinin bildirdiyinə görə, Ə.Cəfərovun ayrı-ayrı şəxslərə və banklara üst-üstə 30 min manata yaxın borcu olub, amma bu borcları qaytara bilmirmiş. Bu səbəbdən keçirdiyi stress ucbatından hələ mart ayında onun səhhətində nevroloji problemlər yaranıb, dinib-danışmırmış, özünə qapanıbmış. Ev şəraitində müalicə də olunurmuş. İyunun 1-də isə yaxınlarına bir söz demədən evdən çıxıb və elə o vaxtdan da ondan bir xəbər yox idi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *