Azərbaycanlı gəncdən fədakarlıq
Dərbəndin Xəzər kəndində bir nəfər boğulmaqda olan qızı xilas edərkən özü ölüb.
Lent.az-ın məlumatına görə, Rəcəbəliyev Sultan Məhəmməd oğlu qışqırıq səsləri eşidib və düşünmədən özünü suya atıb.
Möcüzə nəticəsində o, Xuçni kənd sakini - 12 yaşlı Fatimə Səidovanı xilas edib. Qızı sahilə ata bilsə də, özü batıb.
Qeyd edək ki, S.Rəcəbəliyev daha əvvəl də bir nəfəri xilas etmişdi.
Mənbə:> Lent.az