"Bibiheybət" məscidindən şəhərə gələn yol açıldı
Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.
Virtualaz.org Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyinə istinadən bildirir ki, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. Təmir işləri qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.
Mənbə:> Virtualaz.org