Ramazan zəkatının məbləği açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ramazan zəkatının məbləği açıqlandı

Ramazan zəkatının məbləği açıqlandı

Bu il Ramazan ayı ilə bağlı veriləcək zəkatın məbləği 5-10 manat arası olmalıdır. Amma arzu edənlər bu məbləği artıra da bilərlər.

Bunu ANS PRESS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurullayev deyib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının və Elmi-Dini Şurasının fitvasında da bildirilib.

Onun sözlərinə görə, imkanı olan hər bir ailə fitrə zəkatı verməlidir və bunu gözəl şəkildə etməlidir. "İnsanlar xəsislik etməməlidirlər. Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Amma bayram vaxtı səfərdə olan adamın və ya hələ doğulmamış uşağın adından zəkat verməyə ehtiyac yoxdur", - deyə Hacı Fuad bildirib.

Sədr müavini qeyd edib ki, zəkatın pulla verilməsi vacib deyil. Bu ərzaq formasında da ola bilər.

Fitrə zəkatı olaraq ən çox yeyilən qidaların minimum 3 kq-ı müəyyən edilib. Buna görə zəkat verənlər 3 kiloqram un və başqa ərzaq da verə bilərlər: "Əgər ailənin başçısı başqa yerdədirsə və pul xanımdadırsa, gecikməsin deyə, evin xanımı hər bir ailə üzvünün adından zəkat verə bilər".

Fuad Nurullayev fitrə zəkatının verilmə vaxtı haqqında danışarkən bildirib ki, zəkat bayram axşamı günbatana qədər verilməlidir. Bu, ona görədir ki, imkanı olmayan ailələr də bayram günü süfrə aça, bayramı qeyd edə bilsinlər. Amma əgər kimsə bayram namazına qədər çatdıra bilmirsə, çalışsın ki, zəkatı namazı qılandan sonra mümkün qədər tez versin: "Onu da deyim ki, əgər bir neçə nəfər eyni ailəyə zəkat vermək istəyirsə, yaxşı olardı ki, ailənin payı etibar edilən bir nəfərə verilsin və həmin adam zəkatı ailəyə çatdırsın".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *