Tacikistanda yalançı peyğəmbərə hökm oxundu
Özünü “İslamın sonuncu peyğəmbəri” adlandıran Seyidmehdixan Səttərov çoxarvadlılıq, pul və torpaq sahəsi ilə fırıldaqçılıqda ittiham edilib, Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
“Məhkəmə Səttərovu 338-ci maddə - “Torpaq sahəsini qanunsuz zəbt etmək”, 243-cü maddə - “Mərhumların cəsədlərini və onların dəfn olunduğu yeri təhqir etmək”, 250-ci maddə - “Zorla pul almaq”, 170-ci maddə - “Çoxarvadlılıq” və 164-cü maddə - “İcbari təhsilin alınmasına maneçilik törətmək” üzrə təqsirli bilinib”, - Tacikistanın Ali Məhkəməsində bildiriblər.
Üç il müddətində Tursunzadayevsk rayonunun sakinləri Səttərovu peyğəmbər hesab edirdilər, Səttərov yerli oğlanlara dini dərslər keçirdi.
Mənbə:> Oxu.Az