Bakının mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Bakının mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılır

Bakının mərkəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılır


Bakı 2015 I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırlacaq.

Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq:

-Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi

-Mehdi Hüseyn küçəsinin Parlament prospektindənTeymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumat üçün aşağıda qeyd olunmuş mənbələrə müraciət edə bilərsiniz:

- www.baku2015.com

- Bakı 2015 Tamaşaçılar üçün Məlumat Mərkəzi - 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

Qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ-Aeroport yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-Aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *