Rusiyada azərbaycanlı avtoxuliqan cərimələndi – VİDEO+FOTO
Ulyanovsk vilayətinin (Rusiya) YHTDM (Yol hərəkəti təhlükəsizliyi dövlət müfəttişliyi) əməkdaşlarına Lenin meydanında kütləvi avtomobil yürüşü düzənləyən sürücüləri tapıb həbs etməyə bir neçə gün lazım oldu.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, nəticədə avtomobil həvəskarlarını administrativ məsuliyyət gözləyir, doğrudur, cərimə məbləği mühüm görünməyə bilər - cəmi 500 rubl (10 man).
Polis kapitanı Nikolay Tokarskinin sözlərinə görə, Ulyanovsk vilayətinin Hökumət binasının üzərində quraşdırılmış kameranın qeydə aldığı videoyazıda avtomobillərin dövlət nişanları müəyyən edilib.
Sürücülər söhbətə dəvət ediliblər. Cənab Tokarski qeyd edib ki, 20-25 yaşları olan bu gənclərin altısı Ulyanovskda yaşayır, biri isə Azərbaycan vətəndaşıdır. Onlara 500 rubl məbləğində cərimə yazılıb. Qayda ikinci dəfə pozulduqda cərimənin məbləği dəyişməyəcək.
Sürücülərdən biri gecə yürüşündə iştirak edən Toğrul Hüseynov, öz hərəkətlərini belə izah edib:
“Biz maşın sürürdük, sonra meydana daxil olduq. Heç bir pis niyyətimiz yox idi. Sadəcə 5 dəqiqə çıxışda durduq. Etiraf edirəm ki, xuliqanlıq etdik. Sadəcə iki dövrə vurduq, sonra geri dönüb getdik”.
Mənbə:> Oxu.Az