Kozlovski: Bakıda Oyunların keçirilməsi ideyası “Eurovision”dan sonra yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Kozlovski: Bakıda Oyunların keçirilməsi ideyası “Eurovision”dan sonra yarandı – MÜSAHİBƏ

Kozlovski: Bakıda Oyunların keçirilməsi ideyası “Eurovision”dan sonra yarandı


Bakıda Avropa Oyunlarının yekun həftəsi başladı və artıq aydındır ki, layihə baş tutub, ən azından öz ilkin redaksiyasında. Oyunların ilkin yekunlarını edə biləcək insanı uzun müddət axtarmaq lazım gəlmədi – Aleksandr Kozlovski bu ideyaya lap əvvəldən aidiyyatı olan insanlardan biridir.

O, (1993-2013) uzun illər Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti olub, indi isə Rusiya Olimpiya Komitəsinin fəxri vitse-prezidentidir.

AzNews.info A.Kozlovskinin chempionat.com portalına verdiyi müsahibəsini təqdim edir:

- Portalımızın oxucularının ən çox verdiyi suallardan biri belə səslənir: “Avropa Oyunları nədir və onlar ümumiyyətlə, nəyə lazımdır?”

- Uzaqdan başlamalı olacam. Avropa Oyunlarının yaradılması çoxdan meydana gəlib – mən hətta onu o dövrdə AOK prezidenti (sonradan BOK prezidenti) Jak Roqtenin necə realizə etmək istədiyini xatırlayıram. Amma bu ideyadan təqvimin çox yüklənmiş olduğu və bunun mənasız olduğunu düşünərək etiraz etdim.

Sonra isə düz doqquz il 2006-cı ilin iyun ayının sonunda AOK-un yeni prezidenti, əsl irlandiyalı kimi inadcıl və maneə tanımayan irlandiyalı Patrik Hikki oldu. Onun fikrincə, bütün qitələrin öz qlobal oyunları olduğu halda, Avropanın belə oyunlarının olmaması ədalətsizdir.

Və əlavə etdi ki, əgər biz ideyanı indi realizə etməsək sonradan beynəlxalq təqvim sıxlaşdıqdan sonra bu, ümumiyyətlə, gec olacaq və üç il yarım keçdikdən sonra 2009-cu ilin dekabrında AOK – Avropa Yay Oyunlarının təsis edilməsi barədə prinsipial qərar qəbul etdi.

- Bu qədər sadə?

- Təbii ki, xeyr, əvvəlcə mənim də daxil olduğum komissiya yaradıldı və işə başladı. Bütün bu dövr ərzində biz əsası yoxlayır, bazarı öyrənir, hüquqşünaslarla və marketoloqlarla məsləhətləşirdik. Sonda bizim, bir həftə davamlılıqda ən azı 10 idman növü olduğu halda Avropa Oyunlarını keçirmək şansımızın olduğu nəticəsinə gəldik.

- Bakı variantı necə meydana gəldi?

- Xoş təsadüf. Bu, Bakının “Eurovision”u keçirdiyi zaman idi. O zaman Azərbaycan paytaxtı batırdı, ikinci Yay Olimpiadasını dəvət etmək cəhdində boğulurdu. Əvvəlcədən uğursuz cəhd idi.

- Bir dəqiqəlik haşiyədən kənara çıxaq və Bakının keçirilməsinə ərizə verdiyi 2016 və 2020 Olimpiadalarını dəvət etmək üçün niyə şansı olmadığını izah edək.

- Mən ilk dəfə Bakıda 1976-cı ildə olmuşdum – yadımdadır ki, komsomolun Mərkəzi Komitəsinə gedirdim və bu mənim son ezamiyyətim idi, bu ezamiyyətlərdə biz Azərbaycan tələbəçiliyinin beynəlmiləl tərbiyəsini öyrənirdik. Bu, rahat, koloritli, amma düzünü desək dəniz kənarı əyalət şəhəri idi. O dövrdən şəhərin dəyişdiyini demək heç bir söz deməməkdir. Bakı-2010 və Bakı-2015 – müqayisə edilməzdir. Düzünü desəm elə üç ay bundan əvvəlki gəlişimdə gördüyüm Bakı, artıq indi gördüyüm Bakıdan fərqlənir.

- Bəs niyə Olimpiadalar ilə o zamankı Bakının variantı yox idi?

- Mən axı sizə artıq sovet xatirələrimi danışdım. Növbəti dəfə Bakıya 90-cı illərin sonlarında gəldim, AOK icra komitəsi ilə. Yerli Olimpiya Komitəsinin prezidenti, respublika prezidentinin oğlu İlham Əliyev idi. O zaman biz ilk dəfə tanış olduq. O zaman Bakı hələ mərkəzinə baxmaq ağır gələn bir şəhər idi: bəzi yerlərdə şüşə əvəzinə fanera ilə örtülmüş xruşev tipli evlər. Qorxulu mənzərə idi. Sonra 2003-cü ildə gəldim, artıq dövlət dumasının deputatı kimi – o zaman ilk pozitiv dəyişiklikləri gördüm.

Son illərdə isə əsl partlayış oldu. Şəhər daima dəyişir. Amma problem onda idi ki, digər ölkələrin sakinləri Bakının harda olduğu barədə məlumata malik deyillər. Yəni Azərbaycan paytaxtı iri Avropa paytaxtı imicinə malik deyildi, bu isə Olimpiya Oyunları üçün vacib idi. Mən bilirdim ki, şəhər dəyişilib, amma insanların təfəkküründə bu Olimpiada üçün lazım olan bir şey deyildi. Ona görə də Bakı seçimin ilkin mərhələlərində istisna edilirdi.

- Əgər Bakıya Avropa Oyunlarının paytaxtı kimi qayıtsaq – “Eurovision” hekayəsi nədir?

- Yadımdadır ki, hələ bu müsabiqəyə bir ay qalmış mən yenidən Bakıya qayıtdım və böyük bir binanın tikildiyini gördüm. Mənə bu binanın “Eurovision” üçün olduğunu izah etdilər. Mən hələ soruşdum: “Səhv salmırsız ki? Axı bir aydan sonra başlayacaq”. Yerlilər çiyinlərini çəkərək dedilər ki, narahat olmağa dəyməz. Və mən televizoru açıb bu sarayı gördüm sonra telefonu götürüb çoxdankı dostum Azərbaycan MOK vitse-prezidenti Çingiz Hüseynzadəyə zəng etdim – və təcili şəkildə Avropa Oyunları layihəsinə qatılmağı təklif etdim.

Ən gülməlisi bilirsiz nədir? AOK prezidenti Patrik Hikkinin həyat yoldaşı “Eurovision”u çox sevir və o zaman əri ilə bərabər Bakıya gəlmişdi. Hikki bu miqyasları gördükdə, azərbaycanlı həmkarlarına: “Nəyi gözləyirsiz Avropa Oyunlarına ərizə verin!” dedi. Yarım il sonra AOK assambleyası keçirildi, bu zaman biz birinci Avropa Oyunlarının tarixini müəyyənləşdirdik, sonra isə onları keçirməyə hazır olan namizədi təsdiqlədik.

- Yəni seçim mübarizəsi olmayıb?

- Xeyr, bizim bir namizədimiz var idi. Yeri gəlmişkən, bu bizim nou-xau idi, bu isə məncə BOK-da müəyyən fikir yaratdı. Ən azından “strategiya 2020”də olimpiada sahiblərinin seçiminə dair ərizə verilişində dəyişikliklərə aid müddəa var. AOK bu fikrə bir qədər əvvəl gəlib: biz müsabiqələr keçirir, özümüz namizədləri müəyyən edir (təbii ki, onların razılığı ilə) və qalibi elan edirik.

- Burada yeri gəlmişkən, nəyə görə İkinci Avropa Oyunlarından Amsterdam etiraz edib?

- Amsterdamın 2019-Oyunlarının paytaxtı seçilməsini demək tam olaraq düzgün deyil. Bu şəhər ilkin olaraq tövsiyə edilmişdi.

Həmin il üçün bizim namizədlərimiz çox idi, bütün müddəalar üzrə Hollandiya xoşumuza gəldi. Bu ölkəni tövsiyə etməyi qərara aldıq, amma səs vermədik, bu ölkənin hökumətinin qərarını gözlədik. Bu, şənbə günü baş verdi. Bazar ertəsi isə hollandlar hər şeyi ölçüb-biçərək qərara aldılar ki, bu, onların ölkələri üçün çox böyük xərcdir. Düzünü desəm bu, bizim hamımız üçün gözlənilməz idi.

- İndi nə etmək lazımdır?

- Heç bir problem yoxdur. Avropa Oyunlarının Hollandiyada keçirilməsinin mümkün olacağı məlum olan kimi iki şəhər öz ərizələrini 2023-cü il yarışlarını qəbul etmək üçün verdilər. Hollandiya sıradan çıxdı. İndi planlı iş gedir və biz ilin sonunda yekun qərar qəbul edə biləcəyik.

- Avropa Oyunları-2019-un keçirilməsinə nəticədə neçə şəhər namizəddir?

- Onların adlarını çəkməyəcəyəm, amma dörd namizədin olduğunu deyəcəm.

- Çoxlarının əsaslandırılmış şübhələri var: Avropada növbəti Oyunları bu səviyyədə qəbul edə biləcək ölkələr çoxdurmu? Bakı, saxlanılması çox çətin olacaq bir göstərici nümayiş etdirdi.

- Mən sizi sakitləşdirmək istərdim – biz elə fərqli olmağımızla yaxşıyıq. Məsələn, Londonda keçirilən Olimpiada-2012-nin açılış mərasimini bəyənmədim. Amma o başa çatdıqdan sonra təşkilat komitəsinin prezidenti Sebastyan Kouya yaxınlaşaraq, onu qucaqlayıb, təbrik edərək söylədim: “Miqyaslara görə Pekini keçməyə çalışmadığınız üçün sizə afərin! Siz özünüzü britaniyalılar kimi – olduğunuz kimi göstərdiniz. Öz yumorunuz, öz mədəniyyətiniz ilə. Və bu, əla idi”.

Məndə də Azərbaycanın Oyunlara nə qədər sərmayə yatırdığını gördükdə şübhələr oyandı, kim buna cəsarət edərdi? Sonra isə anladım ki, Avropa fərqlidir, və növbəti ölkə Bakının etdiklərini təkrarlamayacaq. Ona görə də Oyunlar bir-birinə bənzəməyəcək.

- Turnirin birinci hissəsinin baş tutduğunu söyləmək olarmı?

- Bu yaxınlarda yarışların proqramında yer alan idman növləri üzrə federasiyaların maraqlı iclası keçdi. Toplananların bir leytmotivi var idi: Avropa Oyunları uzun müddətli və ciddidir.

- Belə çıxarış etmək üçün tez deyil?

- Özünüz baxın. AOK-un televiziya yayım direktoru rəqəmləri açıqladı: Avropa Oyunları Olimpiya oyunlarından sonra işıqlandırılan ikinci hadisə oldu, bu prosesə 145 ölkə cəlb edilib. Oyunların yalnız birinci həftəsində iştirak edən 50 ölkənin 37-si medal alıb. Bu, rəqabəti göstərir. Mən xoşbəxtəm ki, bizim həmvətənlərimiz buna ciddi yanaşdılar, öz qüvvəsini iş ilə göstərən komanda göndəriblər.

- Yarışların altıncı günündə artıq dopinq qalmaqalı da olub.

- Pis şeydə də nə isə yaxşı bir şey tapmaq olar. Mən Patrik Hikkiyə belə də dedim: “Hər şey qaydasındadır. Bu, dopinq nəzarətinin olduğu ciddi yarışları göstərir. Biz dopinqə qarşı sıfır dərəcəli tolerantlıq gözləyirdik, elə də oldu”.

Bundan başqa, dopinq hələ yarışlarda iştirak etməyə başlamayan Albaniya boksçusunda aşkar edildi. O, “B” nümunəsinin açılmasından imtina edərək Atletlər kəndini tərk etdi.

- Oyunların təşkilatına qayıtsaq nəyi qeyd etmək istərdiniz?

- Birincisi “Bakı-2015” Təşkilat Komitəsi bu miqyasda tədbirlərin hazırlanmasında təcrübələrinin olmadığını anlayaraq, əvvəlki Olimpiadalarda müxtəlif istiqamətdə fəaliyyət göstərən mütəxəssisləri işə dəvət ediblər.

Çoxsaylı ingilis, amerikalı, bizim mütəxəssislər. Mən müşahidə komissiyasına daxil idim, ilk dəfə biz 2013-cü ildə yığıldıq. Qarşımızda yüzlərlə xarici direktorlar oturmuşdu. Onlar Oyunlar barədə mülahizələrini irəli sürür, suallar verir, cavablarımızı dinləyirdilər. Sonra isə bizi Olimpiya paytaxtında gəzdirdilər, boş bir sahəyə aparıb “İki il sonra burada Avropa Oyunlarının ən böyük stadionu olacaq” dedilər.

O vaxt buna inanmaq çətin idi, amma artıq sentyabrda təməl qoyuldu, işlər başlandı, 2015-ci ilin yanvarında isə onun açılışı oldu. Bütün obyektlərin inşaat müddətini götürsək onlar fenomenaldırlar. Qısa bir zaman - demək olar ki, iki il yarım ərzində çox böyük iş görülüb.

- Necə düşünürsüz, Bakının Olimpiada 2024 və ya 2028 üçün ərizə verməyinə dəyərmi?

- Yalnız öz fikrimi deyə bilərəm: nəfəs almaq lazımdır. Avropa Oyunlarına və Olimpiadaya namizəd olmaq fərqlidir. Daha çox mehmanxana, daha çox idman məkanları tikmək lazım gələcək. Digər şəhərlər öz ərizələri ilə artıq işləməyə başlayıblar, məsələn, bunlar arasında Paris var, Boston var.

Avropa Oyunlarının keçirilməsi başlanğıc üçün yaxşıdır, amma hökumət buna çox böyük yatırım edib. Nəhayət, idmandan başqa da mühüm sosial istiqamətlər var.

Amma qərarı Azərbaycan verə bilər. İstənilən halda ölkədə Avropa Oyunlarının irsi – təlim keçmiş personal ilə bazalar, stadionlar, mehmanxanalar, nəqliyyat sistemi, könüllülər qalır. Cəsarətlə demək olar ki, Bakı dünya idmanının tarixinə düşdü.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *