Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı » AzNews.info -Xəbər portalı

Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı – VİDEO+FOTO

Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı


“Bakı-2015” ilk Avropa Oyunlarının batut gimnastikası üzrə kişilər arasında keçirilən finalında maraqlı hadisə yaşanıb. Komanda yoldaşı Lukas Tomaşevski ilə batutda sıçrayan polşalı idmançı Hes Bartlomyej yerə enərkən səhvə yol verib və batutun üzərindən yıxılıb. Bu zaman batut ətrafında dayanmış spotterlərdən biri Elçin Əlibəyov onun xəsarət almasının qarşısını alıb. Həmin anın görüntüləri qısa zamanda sosial şəbəkələrdə diqqət çəkib.

AzNews.info xəbər verir ki, Əlibəyov DSport.Az-a açıqlamasında bildirdi ki, adının könüllü kimi hallanması düzgün deyil:

“Əvvəlcə onu deyim ki, hamı könüllü olduğumu düşünür, ancaq mənim, eləcə də batut ətrafında dayanan digərlərinin vəzifəsi spotter adlanır. Spotterlər peşəkar idmançı və məşqçilərdən seçilirlər”.

İdmançının düşmə anınıdan danışan Elçin sözlərinə belə davam etdi:

“Hər kəsin keçirəcəyi hisslər deyildi, amma tam fərqli idi. Videodan göründüyü kimi idmançı mənə təşəkkür etdi. Daha sonra heç görüşmədik”.

Lukas Tomaşevski - Hes Bartlomyej cütlüyü sözügedən yarışda 10 600 xal toplayaraq sonuncu olublar.



Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı
Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı
Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı
Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı

Mənbə: Dsport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *