Pərvin Abıyeva: “Avtoşluq” etməyi də bacarıram » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Avto, Foto

Pərvin Abıyeva: “Avtoşluq” etməyi də bacarıram – FOTO

Pərvin Abıyeva: “Avtoşluq” etməyi də bacarıram

Aktrisa Pərvin Abıyeva yeni avtomobil alıb.

Oxu.Az xəbər verir ki, o, “Porsche” markalı maşını ilə Axşam.az fotokamerası qarşısına keçib.

Aktrisa açıqlamasında sürücülük qabiliyyətindən bəhs edib:

“Bu, mənim ikinci avtomobilimdir. 15 yaşından avtomobil idarə etməyi bacarıram. Bu günə kimi sürmədiyim maşın qalmayıb. Özü də, ilk olaraq mexanikadan başlamışam. Ona görə də, özümü professional sürücü adlandırıram. Hər bir çətin məqamdan çıxmağı bacarıram. Bundan əvvəl sürdüyüm maşın “Hyundai SantaFe” olub. Onu yolları rahat öyrənmək üçün almışdım. Əvvəldən dəyərli maşınlara həvəsim olub. Mən özümü sükan arxasında qadın kimi yox, kişi kimi görürəm. “Avtoşluq” etməyi də bacarıram. Sürətpərəstəm. Ona görə də, evdəkilər böyük motorlu maşın almağa icazə vermirlər. Hazırkı avtomobilimdə motor 3,6-dır, bunu dava-qırğın ilə almışam. Mən evə gedib çatana kimi anam əlləri göydə Allaha dua edir ki, “Qız evə sağ-salamat gəlib çıxsın”. Yeni maşınımı Almaniyadan gətirtmişəm. Kreditlə alınmayıb. Böyük bir hissəsini nağd ödəmişəm. Qalan borcumu isə tezliklə qurtaracam. Bahalı maşın sürəndə insanlar başqa cür düşünürlər. Deyirlər, “daydayısı”, “sevgilisi” var. Adamları qınamıram, çünki şou-biznesdə çoxları kiminsə hesabına yaşayır. İlk növbədə mənim atam, anam var. Pulun içində böyümüşəm. Düzdür, bizim də imkansız vaxtlarımız olub. İkincisi isə özüm gecə-gündüz çalışıram. Deyirlər, aktrisa nə maaş alır? Mən teatrda çalışmıram ki, 100-150 manat qazanım. Bu gün aktisalar arasında ən bahalısıyam. İstədiyim qonorarı almayana qədər filmdə çəkilmirəm. Aktrisalıq əxlaqsızlıq deyil. Bu sənəti sevirəm, ona görə də çalışıram".

P.Abıyeva yol hərəkəti qaydalarına riayət etdiyini deyib:

“DYP-lərin hörmətini saxlayıram. Təhlükəsizlik kəməri taxa bilmirəm, ürəyim sıxılır, tənginəfəs oluram. Qapalı yerdə qala bilmirəm. Kəmər taxmaq da mənim üçün qapalı yerdə qalmağa bərabərdir. O qədər cərimə ödəmişəm ki... Sonuncu cəriməm 80 manat idi. Sürücülük vəsiqəmə 3 bal yazılmışdı. Bu günə kimi 13 bal almışam”.
Aktrisa xəyalındakı avtomobilin “Range Rover” olduğunu bildirib:

“Xəyalımda olan maşın “Porsche” deyildi. Bunun rəngini sevirəm. Bir şeydən tez bezirəm. Bilirəm ki, bu avtomobili də iki ildən artıq sürə bilməyəcəm”.

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

  • #1
  • 18 avqust 2015 16:21
  • Yazan: Santosh
Doctor senin serhinde syr edelin futbol insana ayri bir tesurat baqislayir.Usaqken ans tvdeki UEFA c7empionlar Liqasıni serh etmenizi hec vaxt unutmaram,her defe sizin sesiniz geldikde usaqliq hislerin yadima dusur,ve de bu mene musbet tesir edir.Mene ele gelir tek men yox,coxlari menim kimi dudunur.Sizin kimi serhciye tv mekanda hemise ehtiyac duyulur.Sizin serhinizde futbol bir ayri zovq verir insana.Menimcun maraqlidir niye mehz Italiya,Turkiye,rusiya kimiolkelerde serhci heyati uzun davam edir.Hetda xarici serhciler qocaldiqda bele bu saheni terk etmirler.BES BIZDE? Doctor,asif,gunduz,ilqar demek olar ki haminiz serhciliyi terk etmisiniz.Bele olmaz mellim bizi niye dudunmursuz:) Heqiqeten sizin sesinizi esitmek isteyen minlerle azarkesler var.Hec sizin serhinizde kecmis UEFA c7empionlar Liqası oyunlarini da tapa bilmirem. Menle elaqe saxlasaz sevinerem.Cox saqolun,en xos arzular,

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *