LiderTV-dən qalmaqallı müsahibə haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Media, Video

LiderTV-dən qalmaqallı müsahibə haqda – AÇIQLAMA

LiderTV-dən qalmaqallı müsahibə haqda


Lider Televiziyası efirində gedən qalmaqallı məsələyə münasibət bildirib. Televiziya əməkdaşı özünü xarici vətəndaş kimi təqdim edərək müsahibə verən şəxsi təxribatçı adlandırıb.


AzNews.info xəbər verir ki, Lider tv-nin Xəbər departamentinin Sosial və Mədəniyyət Redaksiyasının rəhbəri Elnur Niftəliyev AzNews.az-a açıqlamasında əsl ad və soyadı Seymur Səfərov olan şəxsin jurnalisti bilərəkdən aldatdığını bildirib: “Reportajdakı bu müsahibəyə görə müxbiri yox, məhz həmin bu addımla təxribat yaratmaq istəyən şəxsi qınamaq lazımdır. Jurnalistlər analoji beynəlxalq tədbirlərdə gərgin və sıx rejimdə çalışırlar. Bu qaça-qaçda hansısa vətəndaşın alçaqlıqla məşğul olacağı kimi ağlına gələr?! Qəsdən özünü əcnəbi kimi təqdim edir və sonra bunu məqsədli şəkildə video olaraq yayıb, öz aləmlərində nəyə isə nail olmaq istəyirlər”.

E.Niftəliyev bu cür tədbirlərdə jurnalistin kimisə “analiz” etməyə vaxtının olmadığını vurğulayıb: “Bu cür tədbirlərdə jurnalistlər "analiz" aparmaq üçün vaxt sərf edə bilmirlər. İş çox, vaxt az. Xəbər və onun ətrafında yaşananları bir an öncə tamaşaçıya çatdırmaq həyəcanı da buraya əlavə olunanda vəziyyəti anlamaq o qədər də çətin olmur. Bu şəxsin tək jurnalistə yox, xalqına, dövlətinə qərəzli mövqeyini, xəyanətini görmək üçün iki göz yox, sadəcə vicdanlı vətəndaş olmaq kifayətdir”.

Redaksiya rəhbəri bu məsələdə subyektiv fikirlərlə rastlaşdıqlarını deyib və jurnalisti qınayanlara da cavab verib: “Aləmə car çəkiblər ki, “Lider” televiziyası onu əcnəbi kimi efirdə göstərib. Bununla da məsələ bütün sosial şəbəkələrdə bir nömrəli müzakirə mövzusuna çevrilib. Bilən də yazır, bilməyən də. Amma daha çox subyektiv fikirlərlə rastlaşırıq. İdman yarışlarının bu sıxlıqda davam etdiyi, media nümayəndələrinin bəzən istirahətsiz çalışdığı bu vaxtlarda hər müsahibin üzərində “DNT” anailizi aparılmalıdır? Yoxsa bundan sonra müsahibin şəxsiyyət vəsiqəsini, doğum şəhadətnaməsini, “jek”-dən arayışını da tələb edək? Bəziləri deyir ki, niyə müxbir onun azərbaycanlı olduğunu anlamayıb? Bir məqama diqqət çəkirəm. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq küçədə kimin rastına çıxsa, xarici görünüşündən onu azərbaycanlıdan heç nə ilə fərqləndirmək olmaz. Yəni ingilis, italyan və ya başqa Avropa ölkəsinin nümayəndələri arasında həmyerlilərimizə oxşayanlar heç də az deyil”.

Məlumat üçün bildirək ki, Lider Televiziyasının efirində “ingilis turistin” müsahibəsi yayımlanıb. Sonradan məlum olub ki, özünü turist kimi təqdim edən şəxs Cəbrayıl rayonundan məcburi köçkün olan Seymur Səfərov adlı gəncdir. Sözügedən müsahibə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəziləri Lider Televiziyasını tamaşaçılara yalan informasiya ötürməkdə və aldatmaqda təqsirləndirir, bəziləri isə müsahibə verən şəxsi. Sözügedən videonun orijinal variantını təqdim edirik:


Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *