Tarif Şurası: Bütün apteklərdə eyni qiymətlər olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Tarif Şurası: Bütün apteklərdə eyni qiymətlər olacaq

Tarif Şurası: Bütün apteklərdə eyni qiymətlər olacaq


“Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir. Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

İ.Məcidov bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək:

“Bütün apteklərdə eyni qiymətlər olacaq. Bu həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Sahibkarların fəaliyyəti baxımından bildiyiniz kimi 22 may tarixində Nazirlər Kabineti tərəfindən müvafiq qayda təsdiq olunub.

Burada həm topdançılar, həm də aptek təşkilatları üçün müəyyən marjalar nəzərdə tutulub. Həmin marjalar da beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər normaldır. Apteklər həmin marjalarla öz fəaliyyətlərini normal şəkildə təmin edə biləcəklər və qiymət baxımından apteklər arasında rəqabətə ehtiyac qalmayacaq. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *