Dərmanlar ucuzlaşacaq
"Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyili yüksəkdir. Belə ki, oxşar dərman peraparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir".
ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı-alim Vüqar bayramov deyib. Mütəxəssis bildirir ki, İqtisad və Sosial İnkişaf Mərkəzi dərman bazarı ilə bağlı monitorinqlər aparıb.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalmaqdadır: "Qiymətlərin Taarif Şurası tərəfindən tənzimlənməsi nəyi dəyişəcək? Əslində, bu dərman bazarında qiymət tavanın müəyyənləşdirilməsidir. Bu təcrübədən fərqli bazarlar üçün hətta inkişaf etmiş ölkələrdə, o cümlədən sosial deyil bazar iqtisdiyyatı ilə tənzimlənən ABŞ-da tətbiq edilir. İnzibati təzimlənmənin müsbət tərəfi ondadır ki, bu bazarda qiymət artımlarının qarşısını alacaq".
V.Bayramov hesab edir ki, qiymət tənizmlənməsində əsas məqsəd eyni zamanda endirimlərə nail olmaqdan ibarət olmalıdır. Mütəxəssisin fikrincə, bunun üçün qiymətləri tənzimlənən hər bir dərman pereparatının maya dəyərinin aydın şəkildə hesablanması və buna uyğun qiyməti müəyyənləşdirilməsinə ehtiyac var:
"Tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmaqla yanaşı iş adamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. Qiymət tənizmlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsinə, həm də yerli istehsalın genişləndirilməsi olduqca vacibdir. Birinci qrup tədbirlər rəqabət nəticəsində idxal olunan məhsulların qiymətinin azalmasına, ikinci qrup tədbirlər isə idxaldan asıllığın aradan qaldırılması və bazara ucuz məhsulların daxil olmasına səbəb olacaq".
İqtisadçı-alim hesab edir ki, bununla da, inzibatı tənzimlənmə kompleks tədbirlər hesabına istehlakçıların daha ucuz dərmanlar almasına imkan verəcək.
Mənbə:> ANSPRESS