Bakı metrosu yeni qatarları tam istifadəyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Bakı metrosu yeni qatarları tam istifadəyə verdi – FOTO

Bakı metrosu yeni qatarları tam istifadəyə verdi

Qatarlarda kondisioner və vaqonlararası birbaşa keçid var

Bakı Metropoliteninin sifarişi ilə Fransanın “Alstom” şirkətinin istehsalı olan 3 yeni qatar bu gündən etibarən tam olaraq istifadəyə verilib.

Virtualaz.org bildirir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlar sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmirdi.

Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın “Alstom” şirkət ilə memorandum imzalayıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.

Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir.

Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir.

Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur.

Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq, vaqonlararası birbaşa keçid var.

Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.

Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.


Bakı metrosu yeni qatarları tam istifadəyə verdi
Bakı metrosu yeni qatarları tam istifadəyə verdi
Bakı metrosu yeni qatarları tam istifadəyə verdi

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *