Qaçırılan 2 rusiyalı pilot sərbəst buraxıldı
Sudanın qərbindəki Darfur bölgəsində 4 ay əvvəl qaçırılan 2 rusiyalı pilot sərbəst buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Sudan Təhlükəsizlik və Kəşfiyyat bölməsinin səlahiyyətlisi Tac əs-Sər Osman məlumat verib.
Pilotların Xartum hava limanında rusiya rəsmilər tərəfindən qarşılanması zamanı təşkil edilən mətbuat konfransında danışan Osman əsirlərin dünən axşam azad edildiyini deyib.
Rusiyanın Sudandakı səfiri pilotların hansısa pul məbləğində azad edilmədiyini bildirib.
Səlahiyyətlilər mövzuya bağlı ətraflı şərh verməyib. Pilotların nə zaman vətənlərinə dönəcəkləri də açıqlanmayıb.
Xatırladaq ki, sözügedən pilotlar bu ilin 29 yanvar tarixində naməlum şəxslər tərəfindən qaçırılmışdı.
Mənbə:> Axar.az