Gənc qızı başından güllələyənlər sərbəst buraxıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Gənc qızı başından güllələyənlər sərbəst buraxıldı

Gənc qızı başından güllələyənlər sərbəst buraxıldı


Nobel mükafatı laureatı Malala Yusifzaya qadınların təhsil hüququ fəaliyyətlərinə görə hücüm edən 10 nəfərdən 8-i sərbəst buraxılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Pakistanın Svat vadisinin polis rəisi Səlim Marvat KİV-ə müsahibəsində bildirib.
O deyib ki, kifayət qədər dəlil və sübut olmadığı üçün onların azad edilib. Xəbər Pakistanın digər təhlükəsizlik rəsmiləri tərəfindən də təsdiqlənib.

Aprel ayında Pakistan rəsmiləri bildirmişdi ki, Malalaya qarşı hücüm və onun qətlinin planlaşdırılması ittihamı ilə 10 nəfər ən azı 25 il həbs tələbi ilə mühakimə olunub. 2012-ci ildə məktəbə gedərkən hücuma məruz qalan 14 yaşlı Malalanın işi ilə bağlı bu, birinci ittiham idi. Başından yaralanan Malala İngiltərədə müalicə edilmiş və hazırda orada yaşayır. Hücumun məsuliyyətini üzərinə alan Taliban geri qayıtdığı təqdirdə onun yenidən hədəf alacağı ilə təhdid edib. Hücumla bağlı axtarışda olan Pakistanın Taliban Hərəkatının (TTP) sədri Mulla Fazlullah və Malalaya atəş açan Ətaullah Xanın Əfqanistanda gizləndiyinə inanılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *