Bir milyon insan məskənini tərk edib
Martın ortasında ölkədə baş verən münaqişə nəticəsində bir milyon Yəmən sakini yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıb.
ANS PRESS-in məlumatına görə, Tass xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cuayrik deyib.
Bundan əalvə Cuayrik BMT nin Uşaq fonduna (YUNİSEF) istinadla bildirib ki, münaqişə başlanan vaxtdan 148 uşaq həlak olub, daha 290 uşaq isə yaralanıb. Ümumiyyətlə onun sözlərinə görə “Yəməndə 20 min insan hər hansı bir humanitar yardıma möhtacdır”.
Mənbə:> ANSPRESS