Röya "vorzakon" söhbətində kimi məhkəməyə verəcək?
Müğənni Röya "vorzakon" olayını şişirdən tanınmış vəkil Adəm Məmmədovu məhkəməyə verə bilər.
AzNews.info aznews.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin prodüseri Kənan Bayramov məlumat verib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır:
"Biz öz vəkilimizlə məsləhətləşirik. Çox güman ki, məhkəməyə müraciət edəcəyik. Adəm Məmmədov adicə vəkildir. Kimdir ki, biz onunla görüşək? Ondan söz söruşanda deməliydi ki, cinayət işi varsa, nəsə ola bilər.
O deyir ki, Röya həbs olunmalıdır. Yaxşı, nəyin əsasında? Adəm Məmmədov o oğlanın adından danışır. Guya oğlan təhqir olunub. Həmin oğlan o vəkili tanımadığını, döyülmədiyini və təhqir olunmadığını deyir".
K.Bayramovun fikrincə, ortada cinayət işi və məhkəmə qərarı yoxdursa, həbsdən söhbət gedə bilməz:
"O, özünü peşəkar vəkil hesab edirsə, bilməlidir ki, cinayət olmayan yerdə kimisə həbs edə bilməzlər. Nə yaxşı ki, biz burada olmamışıq. Oğlan da çıxıb açıqlama verdi. Biz səfərdən gələnə kimi hər şey yoluna düşdü. Sonda biz haqlı çıxdıq. Ortada gəzənlərin əziyyəti də özlərinə qaldı".
Mənbə:> AzNews.az