Müğənni Röya Azərbaycanı tərk etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maqazin

Müğənni Röya Azərbaycanı tərk etdi

Müğənni Röya Azərbaycanı tərk etdi


Ötən həftə sosial şəbəkədə paylaşdığı bir video ilə gündəmə gələn müğənni Röya Ayxan Azərbaycanı tərk edib.

AzNews.info xəbər verir ki, bu barədə Lent.az-a müğənninin prodüseri Kənan Bayramov məlumat verib. O deyib ki, hazırda özü də hava limanındadır və ölkəni tərk etməyə hazırlaşır. Prodüser Röyanın hansı ölkədə olduğunu gizləsə də, onun Avropa dövlətlərindən birində olduğu bildirilir.

Xatırladaq ki, Röya Ayxan ötən həftə özünün “İnstagram” səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videodan belə bəlli olurdu ki, müğənni sosial şəbəkələrdən birində onun ünvanına təhqiramiz ifadələr işlədən bir gənci tapıb və onunla “razborka çürüdüb”: “Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi “......”. Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlamışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov isə aznews.az saytına açıqlamasında bildirmişdi ki, hazırda bu məsələ ilə maraqlanır və lazımı addımların atılacaq: “Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: “Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *