Fransa səfiri bizi Qafqaz buzlaqlarının əriməsi ilə qorxudur
İqlim dəyişikliyi prosesinin qarşısı alınmasa, bu, Azərbaycan təbiətinə mənfi təsir edə bilər.
İnterfax.az bildirir ki, bunu Fransanın Bakıdakı səfiri Paskal Mönye bəyan edib.
“Azərbaycanda çox zəngin flora və fauna var. Əgər iqlim dəyişikliyi prosesinin qarşısı alınmasa, onlar yox olma təhlükəsi ilə üzləşə bilər”, - deyə P.Mönye ADA Universitetində keçirilən “İqlim dəyişikliklərinin səbəbləri və onların həlli yolları: hökumətin işi, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, əvvəllər iqlim dəyişikliyi məsələsi bir o qədər aktual olmayıb, bu gün isə bütün dünyanın gündəmindədir.
“Ən az iqlim dəyişikliyi Qafqaz buzlaqlarının əriməsinə səbəb ola bilər, baxmayaraq ki, bu regionda zəlzələlər istisna olmaqla, ciddi təbii fəlakətlər baş vermir”, - deyə o qeyd edib.
Mənbə:> interfax.az