Sumqayıtda söküntü bumu başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Sumqayıtda söküntü bumu başa çatdı – VİDEO

Sumqayıtda söküntü bumu başa çatdı


Sumqayıtda keyfiyyətsiz örtüklə üzlənən binalarda söküntü işləri sona çatıb.

ANS TV-nin məlumatına görə, Bakının ardınca Sumqayıt şəhərində də binaların fasadına vurulan keyfiyyətsiz üzlüklərin sökülməsi həyata keçirilib.

Şəhərin mərkəzi yolları sayılan Sülh və Bakı küçələrindəki 10-dan artıq binadan sökülən penoplast materialların qalıqlari ərazidən götürülüb.

Həmin binaların ətrafında olan kanstruksiyalar isə öz yerində qalmaqda idi. Fasadı sökülən yaşayış binalarında heç bir işin aparılmadığının şahidi olduq.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən aldığımız cavab isə şifahi oldu. İcra hakimiyyətindən verilən məlumata istınadən, bu məsələ ayın 2-ci ongünlüyündə öz həllini tapacaq.

Bundan əlavə həmin binaların fasadına hansı materiallın vurulacağı ilə bağlı heç bir qərarın olmadığını da söylədilər.

Şəhərin görünüşünə və sakinlərin narahatlığına səbəb olan bu halın müsbət həllini görmək üçün bir neçə gün səbr etmək qalır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *