Ada həyatı – VİDEO
Çilov adası Pirallahı rayonu ərazisində yerləşir.
Adada yaşayış üçün normal həyat şəraiti yaradılıb.
Adada "28 May" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) bir neft və qazçıxarma sexi fəaliyyət göstərir. Orada yerləşən "Çilov" yatağını məhz bu sex istismar edir.
Mərkəzi Neftçilər Xəstəxanasının "Neft Daşları" tibbi-sanitar hissəsinin stasionar şöbəsi də adada yerləşir. Xəstələrin qalıb müalicə alması üçün burada hər şərait yaradılıb.
Çilovda Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov adına 131 saylı orta məktəb və 50 yerlik uşaq bağçası fəaliyyət göstərir.
Əvvəllər içməli su gəmilərlə sahildən gətirilirdisə, hazırda tətbiq olunan "Əks osmos" sistemi vasitəsi ilə ada təmiz su ilə təmin edilir.
"Report" adanın sosial həyatını əks etdirən videoreportajı təqdim edir.
Mənbə:> Report.az