458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi – FOTO

458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi


Yanszı çayında baş verən gəmi qəzasında xilasetməni gücləndirmək məqsədilə hökumət ciddi tapşırıqlar verib.

ANS PRESS-in məlumatına görə, Avrasiyanın ən böyük çayı hesab edilən Yanszıda batan gəminin göyərtəsində 458 nəfər olub ki, onlardan 405-i turist, 47-si ekipaj üzvü və 5 nəfər də turizm agentliyi işçisidir.

Qəzaya, çayda yaranan qasırğanın səbəb olduğu bildirilir. Ölkənin Xubey vilayətində baş verən faciəvi qəza barədə “Xubey Jibao” qəzeti öz saytında xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə baş verən əraziyə ÇXDR-nin baş naziri Li Kesyan yollanıb. O, xilasedici əməliyyata şəxsən rəhbərlik etmək niyətindədir.

Bundan başqa, ÇXDR-nin sədri Si Szinpin axtarış-xilasetmə işlərinin gücləndirilməsi və insanların həyatının təhlükəsizliyini təmin etmək üçün xilasedicilərin səylə çalışması barədə göstəriş verib.

Havanın güclü külək və yağışla müşayiət olunması isə bu işləri daha da çətinləşdirir.

Aparılan xilasetmə işləri nəticəsində 20-dən çox adam xilas edilib.

Hadisə yerində xiasetmə işləri davam edir.

458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi
458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi
458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi
458 nəfərlik gəmi batdı, hökumət hərəkətə keçdi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *