Putin azərbaycanlılara pul verdi
Rusiya prezidenti Vladimir Putin Oxot dənizində qəzaya uğrayan "Dalniy Vostok" gəmisində zərər çəkənlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu bardə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident həyatını itirmiş insanların yaxınlarına dərin hüznlə başsağlığı verir. Zərərçəkmiş və ölən şəxslərin yaxınlarına maddi yardım verilməsi barədə göstəriş verib”, - deyə Dmitri Peskov bildirib.
D.Peskov bildirib ki, V.Putin operativ rejimdə gəminin qəzaya uğraması nəticəsində itkin düşənlərin xilas edilməsi istiqamətində görülən işlərlə bağlı xəbərlər alır. Vladimir Putin bu məsələyə şəxsən nəzarət edir.
Qeyd edək ki, bu gecə Oxot dənizində "Dalni Vostok" adlı balıq ovlayanların gəmi batıb. Gəmidə ümumilkdə 132 nəfər olub. Onlardan 78-i rus, 54 isə əcnəbidir. 54 nəfər dünyasını dəyişib. Xilasedilənlərdən bəzilərinin vəziyyəti çox ağırdır. 15 nəfərin isə taleyindən ümumiyyətlə xəbər yoxdur. 26 ekipaj üzvünün Saxalindən olduğu bildirilir. Bundan başqa gəmidə Kamçatka, Stavropol və Azərbaycandan olan şəxslər də olub.
Oxot dənizində batan "Dalniy Vostok" adlı balıq ovlayanların gəmi 104 metr uzunluqda, 16 metr enində olub.
Mənbə:> ANSPRESS