Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb – FOTO

Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb


İş o yerə çatıb ki, hətta Xomeyninin tərəfdarları da görülən işləri tənqid edir. Qızışan müzakirələri səngitmək üçün rəsmilər layihəni müdafiə etməyə məcbur olublar.

İranlıları qəzəbləndirən belə bir nəhəng məqbərə, ona xərclənən vəsaitdir.

Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb


Paytaxt Tehrandan cənubda yerləşən məqbərənin yeni şəkilləri yayılandan sonra müzakirələr başlayıb. Xalq soruşur: 1979-cu il inqilabının dini lideri belə nəhəng, yəqin çox pul xərclənmiş məqbərəni özünə rəva bilərdimi?

Tikinti meydançasından çəkilmiş şəkillərdən görünür ki, məqbərə kaşı, parıldayan vasitələrlə bəzənir və qəbrin ətrafı yeni şəbəkə ilə çərçivələnir.

Bu şəkillər sosial şəbəkələrdə Xomeyninin və onun müttəfiqlərinin sadə və təvazökar həyat tərzi barədə sitatları ilə birgə yayılıb. Sosial şəbəkə istifadəçiləri müqayisə üçün Pəhləvi rejimi zamanı tikilən sarayları da paylaşıblar.

Bir istifadəçi facebookda yazır: “Mollaların dediyi sadə həyat tərzi budur?”

Digəri yazır ki, hər kəsin Xomeyninin “cinayətlərini” bilməsi üçün muzey tikmək lazım idi, nəinki ölkəni “zülmətə” soxan biri üçün saray tikmək.

Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb


"Yenidənqurma işləri Xomeyni irsinə uyğundurmu?" - bu sualla irandakı xəbər saytlarından biri oxucularına müraciət edib.

Sualı cavablayanların əksəriyyəti yazıb ki, imam özü belə təntənəli məqbərəyə razı olmazdı. Bəziləri isə yazlb ki, yenidənqurma işləri Xomeyniyə və onun irsinə zərər vurub.

Bir oxucu yazıb: “Mən arzu edərdim ki, onlar pulları Xomeyninin ideyalarını həyata keçirmək üçün xərcləyəydilər”.

Hətta mühafizəkar mediadan da tənqidlər eşidilib. Mayın 18-də “Jomhuri Eslami Daily” qəzetinin baş redaktoru Məsih Mohaceri bildirib ki, məqbərəyə son səfərindən sona onu bəzi məsələlər narahat edir: “Çox geniş ərazi, böyük tavan və ətrafdakı qalın beton divarlar diqqətimi yayındırdı və həmişəki kimi ziyarət edə bilmədim”.

M.Mohaceri əlavə edib ki, otel, bir neçə zal, mağazalar, böyük və kiçik günbəz və digər qurumların daxil olduğu kompleksin Xomeyni istirahət mərkəzi olacağına şübhə yoxdur: “Xomeyniyə ehtiramlarını çatdırmaq istəyən tərəfdarlarının ziyarəti dini liderin ölümünün ildönümündə anlım mərasimləri keçirmək üçün kifayətdir”.

Xomeyninin məqbərəsi təmirdən sonra hətta fanatlarını da şoka salıb


Başqa bir mühafizəkar xəbər saytı - alef.ir layihəni “Hollivud filmləri” üçün evlər və ya əfsanəvi fars şahları üçün saray adlandırıb: “Bir çox iranlının maddi sınağa çəkildiyi bir vaxtda məqbərənin ərazisinin genişləndirilməsi əhalinin Xomeyni irsi barədə bədbinliyə düçar edər”.

Ancaq mayın 26-da mətbuat konfransı keçirən kompleksə məsul Məhəmməd Əli Ənsari bütün tənqidləri rədd edib. O deyib ki, Xomeyninin məqbərəsinə milyonlarla adam ziyarətə gəlib: “Biz indi yazıb oradan asaq ki, Xomeyni sadə həyat yaşayıb deyə biz heç nə etməməliyik? Bu, həqiqətdir ki, 25 ildə insanlar bizdən dəyişiklik tələb edirdilər”.

Ənsari bildirib ki, “bu təmtəraqlı və milli ornametrlərlə içlənmiş kompleks azı 500 il tab gətirəcək".

İyunun 4-də Xomeyninin ölümünün ildönümü münasibətilə 800 min nəfərin məqbərəni ziyarət etməsi gözlənilir. Ənsari deyib ki, məqbərənin açılışında 400 xarici qonaq da iştirak edəcək. Ancaq o, məqbərənin restarvasiyasına nə qədər pul xərcləndiyini haqda məlumat verməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *