Baktelekom yeni ATS istifadəyə verdi » AzNews.info -Xəbər portalı

Baktelekom yeni ATS istifadəyə verdi

Baktelekom yeni ATS istifadəyə verdi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) ATS-lər istifadəyə verib.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, Binəqədi qəsəbəsinin yeni salınmış yaşayış məhəlləsinin sakinləri üçün ən müasir, bütün telekommunikasiya xidmətlərinin istifadəçilərə çatdırılması imkanlarına malik 1888 abunə tutumu və 256 internet tutumu olan yeni ATS istifadəyə verilib.

Bununla yanaşı, Yeni Zığ qəsəbəsində abunə tutumu 1888 və internet tutumu 928 port, Yeni Balaxanı qəsəbəsində abunə tutumu 1888 nömrə, internet tutumu 416 port və Nizami rayonunun Q.Qarayev yaşayış massivi sakinləri üçün isə abunə tutumu 1888 nömrə və internet tutumu 384 port olan NGN tipli ATS-lər quraşdırılıb.

Onu da qeyd edək ki, ilk Avropa Oyunlarını yüksək keyfiyyətli və müasir telekommunikasiya xidmətləri ilə təmin etmək üçün isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən 100 km-dən artıq kabel-kanalizasiya qurğuları tikilib, 250 km-dən çox kabel çəkilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *