Ukrayna Bakıda baş verən dəhşətli yanğından narahatdır
Ukraynanın Dövlət Memarlıq və İnşaat İnspeksiyası binaların istiliklə təchiz edilməsi və üzlənməsi zamanı dövlət standart və normalarına riayət etməyə çağırıb, Oxu.Az StroyObzor-a istinadən bildirir.
“Azərbaycanın paytaxtında çoxmərtəbəli binada baş verən yanğın, 16 nəfərin həlak olması ilə nəticələnən faciə təhlükəsizlik normalarına riayət etməməyin dəhşətli faciə ilə sonlana biləcəyinə əyani misaldır.
Bakıda faciənin səbəblərini araşdıran İstintaq qrupunun ilkin məlumatına əsasən, yanğın binanın keyfiyyətsiz üzlüyünə görə sürətlə yayılıb”, - Ukraynanın Dövlət Memarlıq və İnşaat İnspeksiyası qeyd edib.
Xatırladaq ki, Bakıda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində ən azı 15 nəfər həlak olub. İlkin versiyaya görə, yanğının səbəbi binanın keyfiyyətsiz üzlüyünün alışması olub.
Mənbə:> Oxu.Az