Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonunda
Birinci Avropa Oyunlarının məşəl səyahəti davam edir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan rəmz Qaxdan sonra bu gün saat 13:30-da Oğuz rayonuna gətirilib.
Burada məşəl estafetinə fiziki hazırlıq müəllimi Rəfiqə Babayeva start verib. Ardınca Oyunların rəmzi rayonun 10 fəal gəncinin müşayiəti ilə Heydər Əliyev prospekti boyu ümumilikdə 2 min 200 metr məsafə qət etməkdən sonra Oğuz Olimpiya İdman Kompleksində quraşdırılmış səhnəyə gətirilib.
Burada veteran samboçu Araz Umarov məşəl vasitəsilə çırağı alovlandırılıb. Yekunda çıraq I Avropa Oyunlar bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.
Məşəl estafeti Şimal-Qərb bölgəsinə olan səfərini bu axşam Şəki rayonunda Alov Festivalı ilə başa çatdıracaq.
Mənbə:> APA