Məşəl Göyçaya gətirildi
Mayın 21-də Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul etdi. Sonra yürüşə start verildi. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəldilər.
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar Məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırdı. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mənbə:> AzərTAc