Mingəçevir Avropa Oyunlarına hazırlaşır – FOTOREPORTAJ
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Oxu.Az xəbər verir ki, Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Avarçəkmə üzrə yarışlarda 14-16 iyun tarixlərində 3 gün böyunca 350-dən çox idmançı Mingəçevir sularında medal uğrunda mübarizə aparacaq. Ümumilikdə isə 12 kayak (qadın və kişilər) və 3 kanoe yarışı (ancaq kişilər) keçiriləcək.
Mingəçevirdə keçiriləcək yarışları 1000-dən çox tamaşaçının izləmək imkanı olacaq.
Mingəçevirdən hazırlanmış fotoreportajı oxucularımıza təqdim edirik.
Mənbə:> Oxu.Az