Bakıda bir ailənin 5 uşağı müxtəlif illərdə eyni gündə doğulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bakıda bir ailənin 5 uşağı müxtəlif illərdə eyni gündə doğulub

Bakıda bir ailənin 5 uşağı müxtəlif illərdə eyni gündə doğulub


Bunu kimə desən bəlkə də dodaq büzüb inanmayacaq. Amma fakt budur ki, Bakının Binəqədi rayonunun Vorovski qəsəbəsində yaşayan Kazımovlar ailəsi hər il iyunun 14-də beş uşağın doğum gününü qeyd edir.

Şəmsiyyə və Habil Kazımovların ilk övladları 1970-ci il iyunun 14-də dünyaya göz açıb. Oğlan uşağıdır, adını Şahin qoyublar. Yeganə qız övlad Rəna isə 1972-ci ildə iyun ayının həmin günündə anadan olub. Bundan iki il sonra isə ailənin üçüncü övladı - Təngiz doğulub. Elvin isə 1976-cı il təvəllüdlüdür.

Bu uşaqların hamısı ailə qurub, övlad sahibidir. Yeganə beşinci uşaq isə doqquz aylığında dünyasını dəyişib. Onun da doğum günü tarixi iyunun 14-nə təsadüf etmişdi.

Beləliklə, hər iki ildən bir eyni gündə ailə övlad sevinci yaşayıb.

Kazımovlar ailəsini mən uşaqlıqdan tanıyıram. Qərbi Azərbaycanın Böyük Vedi rayonunda Atlas xanımın və Ağabala kişinin adları hörmətlə çəkilirdi. Ailənin böyük oğlu Tofiq müharibə vaxtı orduya çağırıldı. Daha sonra ondan xəbər çıxmadı. Nə ölüm xəbəri gəldi, nə də sağ olub-olmamağı bilindi. Bacısı Məsudə xanım uzun illər onun sorağına çıxdı, lakin bir xəbər tuta bilmədi. Digər övladlar - Sabir, Südabə və Habil deportasiya dövründə Göyçaya köçürüldülər. Bir müddət sonra isə ailə Bakıda Vorovski qəsəbəsində məskunlaşdı. İndi Kazımovlar ailəsindən övlad kimi Südabə xanım və Habil yadigar qalıblar.

Tezliklə, iyunun 14-də Şəmsiyyə və Habilin ailəsində hər il olduğu kimi, beş övladındoğum günü qeyd olunacaq. Tanrıdan sağ qalanlara sağlamlıq, xoşbəxt həyat diləyir, ən xoş arzularımızı bildiririk.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *