Şahzadənin əkizləri oldu
Daha bir kral ailəsində övlad sevinci yaşandı. ANS PRESS-in məlumatına görə, Monako şahzadəsi II Albertin həyat yoldaşı şahzadə Şarlin Uittstok ötən gün axşam saatlarında bir qız, bir oğlan uşağı dünyaya gətirib. Körpələrə Jakques və Qabriella adı verilib.
Bununlada Monako taxt tacının yeni varoso bəlli olub. Bu Jakques adlı körpədir.
Körpələrin vəziyyətləri yaxşıdır. Onların şərəfinə 41 dəfə top atəşi açılıb.
Qeyd edək ki, şahzadə II Albert bir necə öncə müsahibəsində həyat yoldaşının uşaqların cinsiyyətini bildiyini, lakin ona demədiyini bildirmişdi.
Şarlin Uittstok 36 yaşındadır. Cənubi Afrika əsilli üzücü olan Çarlin II Albertlə 2011-ci ildə ailə qurub. Şahzadə Albertin 2 uşağı da var. Lakin onlar nigahdan kənar doğulduqları üçün varislik hüququndan məhrumdurlar.
Mənbə:> ANSPRESS