Şahzadənin London küçələrində çılpaq şəkli yayıldı – FOTO
Böyük Britaniyanın şahzadəsi hamilə Keyt Middlton Londonda küçələrində çılpaq şəkilləri peyda olub.
ANS PRESS-in məlumatına görə, şahzadə xanımın portreti Londonun bədii qalereyalarından birinin divarında çıxıb və dərhal avropalı turistlərin diqqət mərkəzinə düşüb. Məşhur müasir rəssam Peqasın çəkdiyi şəkildə hamilə hersoqinya öz hamilə qarnını əllərilə saxlayır.
Şahzadəyə baxmaq istəyən britaniyalılar kütlə halında gəlirlər və onun portretini çəkirlər.
Rəssamın assistenti müxbirlərə bildirib ki, o, çılpaq Middltonun portreti üzərində əllərini çəkmədən işləyib.
"Peqas bütün gecə hersoqinyanı çəkirdi. Biz hamımız Keyti çox sevirik, o bizə ilham verir".
O, həmçinin əlavə edib ki, artıq bir neçə nəfər şəkili kolleksiya üçün almağa müraciət etsə də onlara "yox" cavabı verilib.
Mənbə:> ANSPRESS