Bakıda sürücüyə qarşı təxribat » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Bakıda sürücüyə qarşı təxribat – VİDEO

Bakıda sürücüyə qarşı təxribat


Bakının Binəqədi rayonunda, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının ədliyyə müşaviri Xanlar Ələkbərov özünə qarşı törədilən təxribatla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Xanlar Ələkbərov bu barədə sosial şəbəkədə yazıb və müvafiq videonu yerləşdirib.

Videoqeydiyyatçı tərəfindən qeydə alınan kadrlarda, avtomobilin həyətdən çıxaraq, saatda 5-7 km hərəkət etməsi görünür.

Döngədə gözlənilmədən piyada çıxır və özünü avtomobilin altına atır.

Piyada guya maşının altında qalan ayağını tutaraq qışqırmağa başlayır.

Doktor qeyd edib ki, hadisə yerinə dərhal Binəqədi bələdiyyəsinin, sonra isə Binəqədi rayon polis idarəsinin əməkdaşları gəlib, onun bilərəkdən maşınla adam vurduğunu bildirib və bununla əlaqədar onadan açıqlama istəyiblər.

Xanlar Ələkbərov bildirib ki, hadisə yerinə gələnlərə maşında quraşdırılmış videoqeydiyyatçının çəkdiyi videonu göstərib.

“Həmin an (18.32) Binəqədi bələdiyyəsinin nümayəndələri, sonra Binəqədi rayon polis idarəsinin əməkdaşları gəldi (görünməmiş operativlik) və mənə bilərəkdən adam vurduğumu, ona xəsarət yetirdiymi və s. dedilər, baş verən qayda pozuntusu ilə əlaqədar məndən açıqlama istədilər. Amma nə onlar, nə də təxribatçı şəxs maşınımda quraşdırılmış videoqeydiyyatçını nəzərə almadılar. Qeyd etməliyəm ki, son ildə bu mənə qarşı yalançı ittiham irəli sürmək üçün nə birinci və nə də ikinci cəhddir”, - professor yazıb.

Bu hadisə ilə əlaqədar Xanlar Ələkbərov eləcə də ölkəmizdə yerləşən RF səfirliyinə və Azərbaycanın baş prokurorluğuna müraciət edib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *