Binada yanan Ayxanın atası ürəkləri dağladı – FOTO
"Mən ancaq səninlə görüşəcəyim günü gözləyəcəyəm, mənim mələk balam"
Bu ürək dağlayan sözlər məlum faciədə həlak olan balaca Ayxanın atasına məxsusdur.
ANS PRESS-in məlumatına görə, Bakının Binəqədi rayonunda alışan 16 mərtəbəli binada həlak olanlar arasında 2 yaşlı Hüseynov Ayxan Şahin oğlu da vardı.
Dərdli ata artıq göylərdə olan körpəsi ilə söhbətinə ünvanladığı sözləri Facebook profilində yazıb: "Mənim Ayxan balam! Səni həmişə qəlbimin şah otağında yaşadacağam. Sənə deyiləsi çox sözüm qəlbimdə qaldı".
Mənbə:> ANSPRESS